MƏDƏNİYYƏT


Hind mədəniyyəti Bakıda

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Bakıda Hind mədəniyyətini nümayiş etdirən sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə keçirilir. Hər il ənənəvi olaraq təşkil olunan sərgi bu dəfə “Amay” ticarət mərkəzində keçirilir. Bu dəfə də qonaqlar sərginin pavilyonunda yer alan Hindistan mədəniyyət nümunələri ilə yaxından tanış olma imkanı əldə edəcəklər.

Sərgidə hind rəqsləri və hind milli yeməkləri ilə yanaşı, Hindistandan gətirilən qızıl və gümüş əşyalar, tavalar, qazanlar, mebel, xalçalar, ədviyyatlar, çay və başqa məhsullar da nümayiş olunur.

Həmçinin, pavilyonlarda müxtəlif növdə ipək, qumaş və pambıq parçalardan hazırlanmış geyimlər, kəlağayılar, yaylıqlar və dəsmallar da sərgilənir.

Hər kəsin iştirak edə biləcəyi sərgidə ziyarətçilər hind musiqisi və incəsənəti ilə yaxından tanış ola bilər.

Sərgi sentyabrın 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.