MƏDƏNİYYƏT


Hind mətbəxi növbəti dəfə Bakıda nümayiş olunub

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakıda hind mətbəxi festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Hayat Recensi-Naxçıvan” mehmanxanasında baş tutan festival Hindistanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Hindistan Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana və Milli Məclisin deputatı Jalə Əliyeva festival çərçivəsində “Hindistan-Azərbaycan dostluğu ili”nin loqosunu qonaqlara təqdim ediblər.

Həmçinin, festivalda populyar hind yeməklərinin hazırlanma reseptlərinin olduğu “Hindustani Khana” kitabının ingilis və Azərbaycan dilində olan nəşrləri də qonaqlara paylanılıb.

Festival çərçivəsində Hindistanın milli mətbəxinə məxsus yeməklərin nümayişi ilə yanaşı, qədim və müasir hind rəqsləri, müxtəlif əyləncə və oyunlar da təşkil olunub. Tədbir çərçivəsində pavilyonlarda rəssamların əsərlərindən ibarət sərgi açılıb. Sərgidə ölkəmizin 25-60 yaş arası rəssamlarının 500-dək müxtəlif mövzulu sənət əsərləri də yer alıb.

Festivalın keçirilməsində məqsəd azərbaycanlıları hind mətbəxi ilə yaxından tanış etmək, iki ölkə arasında mədəni əlaqələrin inkişafına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, əldə olunan vəsaitlər Azərbaycanda xeyriyyə işlərinə sərf olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.