REGİONLAR


Hindarx qəsəbə məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Ağcabədi, 4 fevral, AZƏRTAC

Ötən il elektrik cərəyanında baş verən qısaqapanma nəticəsində yanaraq yararsız vəziyyətə düşən Hindarx qəsəbə 2 nömrəli ümumi orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, qəsəbə sakinlərinin iştirakı ilə mərasim keçirilib. Çıxış edənlər müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən əsaslı təmir olunan məktəb binasında fizika laboratoriyası, fənn kabinələri, sinif otaqları, kitabxana, akt və idman zalları yaradılıb, məktəb lazımi inventar və avadanlıqlarla təmin olunub.

Tədbirdə söz alan pedaqoji kollektivin və qəsəbə ictimaiyyətinin nümayəndələri təhsil ocağının əsaslı təmir olunaraq istifadəyə verilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.