DÜNYA


Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə radarlardan itib

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də səhər saatlarında Benqal körfəzi üzərindən uçuş həyata keçirən Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 təyyarəsi radarlardan itib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təyyarə Cənubi Andaman adalarının Port-Bler şəhərindən Tamilandu ştatının Çennai şəhərinə uçurmuş.

Hadisənin baş verdiyi zaman təyyarənin göyərtəsində 29 nəfər: 6 ekipaj üzvü və Hərbi Hava Qüvvələrinin 23 əməkdaşının olduğu bildirilir. Onların aqibəti barədə hələ ki heç bir dəqiq informasiya yoxdur.

İnsidentin ardından ölkənin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və sahil mühafizə xidməti axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.