ELM VƏ TEXNOLOGİYA


Hindistan fizikləri balıq pulcuğu ilə işləyən generator yaradıblar

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Hindistan fizikləri balıq pulcuqlarından ibarət batareya ilə işləyən generator yaradıblar. Şəffaf, elastik lövhəcik bədən tərpənişi, səs dalğaları və ya külək axınları kimi kiçik hərəkətlərdən enerji toplaya, sonra onları elektrik enerjisinə çevirə bilir.

AZƏRTAC “Rambler” saytına istinadla xəbər verir ki, balıq pulcuqlarının tərkibində olan kollagen pyezoelektrik materialdır. O, mexaniki təsirə məruz qaldıqda elektrik yükü yaradır. Kəlküttə Universitetinin alimi, tədqiqatın həmmüəllifi Dipankar Mandal deyir ki, balıq pulcuğundan olan batareyalarla işləyən elektrik vasitələri ekoloji cəhətdən ən təmiz cihazlardır. Müasir pyezoelektrik generatorlarının tərkibini isə zəhərli qurğuşun və bismut təşkil edir.

D.Mandal və həmkarı Sucit Kumar balıq emalı bazarında karp balığının pulcuqlarını toplayaraq onlara qızıl elektrodlar bərkidib və üstünü laminatla örtüblər. Bir neçə yüngül əlçalma və dörd elektrod 77 yaşıl və mavi işıq diodunu yandırmağa kifayət edib.

Kumar və Mandal tədqiqatlarının nəticələrini bu yaxınlarda “Applied Physics Letters” jurnalında dərc ediblər. Tədqiqatçılar bu ixtiranın tibbi implantlar, eləcə də digər kiçik gacetlər üçün çox faydalı ola biləcəyinə ümid bəsləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.