DÜNYA


Hindistan raketi Yaponiyaya məxsus mikro süni peyki orbitə çıxarıb

Tokio, 24 iyun, AZƏRTAC 

Hindistan raketi Yaponiyanın fotoaparatlar istehsalı sahəsində tanınmış “Canon” şirkətinin mikro süni peykini orbitə çıxarıb. Bu yapon şirkəti kosmik bizneslə məşğul olmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, iyunun 23-də Hindistanın cənubunda yerləşən Şrixarikota kosmik mərkəzindən buraxılan raket mikro süni peyki uğurla orbitə çıxarıb.

Qutu şəklində olan süni peykin eni və uzunluğu 50 santimetrə, çəkisi təqribən 60 kiloqrama bərabərdir.

Şirkət həmin süni peyklərin sayını yüzə çatdırmağı və kosmosdan çəkilən fotoların, o cümlədən süni peyklərin ticarətinə başlamağı planlaşdırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.