SİYASƏT


Hindistanda 28 May – Respublika Günü ilə əlaqədar rəsmi qəbul təşkil edilib

Bakı, 31 may, AZƏRTAC

Azərbaycanın Hindistandakı səfirliyi 28 May – Respublika Günü və Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbul təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Hindistanın neft və təbii qaz naziri Dharmendra Pradhan, ölkənin dövlət və hökumət qurumlarının rəsmiləri, parlament üzvləri, diplomatik korpusun, ictimaiyyətin və KİV-lərin nümayəndələri, iş adamları iştirak ediblər.

Qəbulda Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlər haqda videoçarxlar nümayiş etdirilib, qonaqlara Heydər Əliyev Fondunun və Xarici İşlər Nazirliyinin təqdim etdiyi materiallar, səfirliyin nəşr etdirdiyi “Azerbaijan” kitabı, “Business Central Asia” jurnalının nüsxələri, habelə təbliğat materiallarının toplandığı DVD-lər hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.