DÜNYA


Hindistanda “Təmiz pul əməliyyatı”na start veriləcək

Bakı, 15 iyul, AZƏRTAC 

Hindistanın vergi xidməti “Təmiz pul əməliyyatı” adlı onlayn portalı istifadəyə verib.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, bu sayt bank depozitlərindən gələn gəlirlərini qeydiyyata aldırmadıqlarına görə potensial olaraq vergi qanunvericiliyinin tələblərini poza biləcək vergiödəyicilərinə yardım məqsədi daşıyır.

Belə bir portalın yaradılması ideyası Hindistanın vergi xidmətinin banklarda hesabları olan, lakin verdikləri hesabatlar ilə real gəlirləri arasında ciddi fərq qeydə alınan təxminən 1,8 milyon vətəndaşın aşkar edilməsi nəticəsində ortaya atılıb.

Hökumət rəsmiləri tərəfindən bildirilib ki, məqsəd bütün potensial qanun pozucularına qarşı cərimə sanksiyaları tətbiq etmək deyil, əksinə, portalda yerləşdirilmiş informasiya vətəndaşlara öz vergi borclarını dəqiqləşdirməyə və onlara aid məlumatları könüllü şəkildə dövlət vergi xidmətinə təqdim etməyə yardımçı olacaq.

Vergi departamentinin nümayəndələri isə ədalətli vergi sistemi quruculuğu məqsədilə vətəndaşları portalın işinə, eləcə də bir-birlərinə yardım etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.