DÜNYA
Hindistanda avtobus qəzası nəticəsində 14 nəfər həlak olub
Bakı, 25 iyul, AZƏRTAC
Hindistanın Bihar ştatında avtobusun qəzaya uğraması nəticəsində aralarında 3 azyaşlı uşağın da olduğu ən azı 14 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident iyulun 25-də Muzaffarpur-Sitamarhi avtomobil yolunda baş verib.
Qəzanın baş verdiyi əraziyə toplaşan yerli sakinlərin etiraz aksiyası keçirərək hadisə qurbanlarına təzminat tələb etdiyi bildirilir. Ştat hökuməti artıq həlak olan hər bir vətəndaşın yaxınlarına 400 min rupi (təxminən 6 min dollar) ayıracağını qeyd edib.
Avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol- nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]