DÜNYA


Hindistanda avtobus qəzası nəticəsində 50 nəfər yaralanıb

Bakı, 15 may, AZƏRTAC

Hindistanın Bihar ştatında avtobusun aşması nəticəsində azı 5 nəfər həyatını itirib, 50 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yaralananlardan 12-nin vəziyyəti ağırdır.

İnsident mayın 15-nə keçən gecə yerli vaxtla saat 02:00-da Navada mahalında baş verib. Polis nümayəndəsi Avadhaş Kumarın sözlərinə görə, sürücü idarəetməni itirdikdən sonra avtobus yoldan çıxaraq aşıb.

Avtobusun sərnişinlərinin əksəriyyəti Qərbi Benqaliyadakı kərpic zavodunun işçiləri olub. Onlar yaxınlaşan yağışlar mövsümü ilə əlaqədar istehsalatın dayanması səbəbindən evlərinə qayıdırmış.

Avtomobil yollarında sıxlıq, yol örtüyünün pis vəziyyətdə olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.