DÜNYA


Hindistanda avtobus yük maşını ilə toqquşub, 22 nəfər yanaraq ölüb VİDEO

Bakı, 5 iyun, AZƏRTAC 

Hindistanın şimalında sərnişin avtobusunun yük maşını ilə toqquşub. Avtobusdakı sərnişinlərdən azı 22 nəfəri yanaraq ölüb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, hadisə Uttar-Prateş Ştatının Bareli şəhərində baş verib. Toqquşmadan sonra avtobusun yanacaq çəni partlayıb və avtomobil tez bir zamanda alışıb.

İlkin ehtimala görə, hadisə avtobusun qarşı zolağa çıxması nəticəsində baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.