DÜNYA


Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 22 nəfər ölüb

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Hindistanın Cammu və Kəşmir ştatında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 22 nəfər ölüb, onlarla insan yaralanıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, insident Riasi dairəsində baş verib. Avtobus yoldan çıxaraq dərin uçuruma yuvarlanıb. Hadisə zamanı avtobusda 45 sərnişin olub.

Xəsarət alan sərnişinlərin əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

Avtomobil yollarında sıxlıq, yol örtüyünün pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol- nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.