DÜNYA


Hindistanda bazarda baş verən atışma nəticəsində 14 nəfər həlak olub

A+ A

Bakı, 5 avqust, AZƏRTAC 

Hindistanın şimal-şərqindəki Assam ştatının Kokracxar şəhərində terrorçuların bazarı atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 15 insan yaralanıb. Bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.

Polis əməkdaşları ilə atışma nəticəsində bir terrorçu məhv edilib. Hadisə yerində Kalaşnikov tipli avtomat tapılıb.

Yerli hökumət orqanları güman edir ki, hadisənin arxasında “Bolenda” separatçı qruplaşması durur.

Cinayətkarların axtarışı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.