DÜNYA


Hindistanda bəzi yeməklərə vergi qoyulması planlaşdırılır

A+ A

Bakı, 31 iyul, AZƏRTAC 

Hindistanın Kerala ştatında ayaqüstü yeməklərə - məşhur müəssisələr tərəfindən satılan burqer, pitsa, pasta və digər izafi kaloriyə malik ərzaqlara 14,5 faiz vergi qoymaq müzakirə edilir. Proqnozlara görə, bu addımın atılması büdcəyə 100 milyon rupi (1 rupi = 0,0233 manat) vəsait gətirəcək.

Yeni vergilərə istismar müddəti 10 ili keçən avtomobillər üçün ekologiya vergisi, yanacaq vergisi, buğda unundan alınan ənənəvi hind yeməklərinə vergi, eləcə də kokos yağına 5 faizlik vergi də daxildir.

Hökumətin daha bir mühüm hədəfi isə illik vergi yığımlarını 25 faiz artırmaqdır. Buna vergi müfəttişlərinin fəaliyyətini təkmilləşdirmək və korrupsiyanı boğmaq yolu ilə nail olmaq planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.