DÜNYA


Hindistanda böyük banknotlar dövriyyədən çıxarılır VİDEO

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Hindistanda bankların qarşısında uzun növbələr düzülüb. Bir gün əvvəl hökumət böyük banknotların - 500 və 1000 rupi nominalında əsginasların dövriyyədən çıxarılmasını elan edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, hökumətin qərarına əsasən, böyük banknotları ilin sonunadək yeni nümunəli əsginaslara dəyişmək mümkün olacaq. Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Həmçinin gün ərzində dəyişdirilən məbləğə məhdudiyyət qoyulur. 1000 rupi təxminən 15 dollara bərabərdir.

Hazırda ölkədə xırda pul çatışmazlığı yaranıb. Ticarət və xidmət obyektləri, eləcə də müştərilər alış-veriş zamanı böyük çətinliklə üzləşirlər. Hakimiyyət orqanları bu addımın korrupsiya, saxta pullar və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə məqsədilə atıldığını bildirib.

Əsginasların müvafiq mübadiləsi Hindistanda 1978-ci ildən tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.