DÜNYA
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Hindistanın Bixar ştatında daşqınlar nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb. Təxminən 1,5 milyon sakinin evlərinə və əmlaklarına ciddi ziyan dəyib. Bu barədə Hindistanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Xidməti məlumat yayıb.
Suyun səviyyəsinin aşağı düşməsinə baxmayaraq, ölkədə vəziyyət hələ də təhlükəlidir. Bixar ştatının 12 dairəsində 2210 kənd daşqınlardan ciddi ziyan çəkib. Ümumilikdə son üç həftə ərzində daşqınlar 4,1 milyon insana zərər vurub. Beş yaşayış binası dağılıb, 466 kənd tikilisi və 2774 yaşayış yeri su altında qalıb. Həmçinin 8,5 milyon hektar kənd təsərrüfatı sahəsi, yollar, körpülər dağılıb.
Xatırladaq ki, Bixar ştatında daşqınlar leysan yağışlar nəticəsində altı çayda suyun səviyyəsinin qalxması nəticəsində baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]