DÜNYA
Hindistanda dünyanın ən böyük insan böyrəyi aşkarlanıb
Bakı, 25 aprel, AZƏRTAC
Hindistanda qeyri-adi hadisə baş verib. Paytaxt Dehlinin Qanqa Rem klinikasınin tibbi personalı gördüklərindən şoka düşüblər.
AZƏRTAC health-ua.org informasiya saytına istinadla xəbər verir ki, 45 yaşlı paytaxt sakini böyrəklərində polikistoz xəstəliyi səbəbindən təcili cərrahiyyə əməliyyatına alınıb. Həkimlər onun hər iki böyrəyini kəsməli olublar. Bu zaman gördükləri cərrahları heyrətə salıb. Belə ki, xəstənin kəsilib götürülən böyrəkləri yeni doğulan körpə ağırlığında olub. Onlardan birinin çəkisi 2,75, digəri isə 2,50 kiloqram gəlib. Bu isə normadan 20 dəfə çoxdur. Yəni normal halda insan böyrəyi 125-170 qram olur.
Hindistandaki bu olay artiq Ginnesin rekordlar kitabının da diqqətini cəlb edib.