DÜNYA


Hindistanda fişəng fabrikində partlayış nəticəsində azı 14 nəfər ölüb

Bakı, 7 iyun, AZƏRTAC 

Hindistanın Madxya-Pradeş ştatında fişəng istehsalı fabrikində baş verən partlayış və yanğın nəticəsində azı 14 nəfər həlak olub. Bu barədə “Times Now” telekanalı yerli polisə istinadla xəbər verib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Balaqxat rayon mərkəzindən 5 kilometr aralıda yerləşən eyniadlı fabrikdə baş verib. İnsident vaxtı fabrikdə 40-a yaxın işçinin olduğu bildirilir. Ölənlərin sayının arta biləcəyi istisna edilmir.

Yerli polis əməkdaşlarının ilkin versiyasına görə, hadisəyə işçilərdən birinin fişənglərin üzərinə siqaret kötüyü atması səbəb olub. Bunun ardınca isə silsilə partlayışlar və yanğın başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.