DÜNYA
Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb
Bakı, 1 avqust, AZƏRTAC
Hindistanın şərqində yerləşən Orissa ştatında ildırım vurması nəticəsində azı 35 nəfər həlak olub, 18 nəfər xəsarət alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əgər iyulun 30-da ölkənin şimal-şərqindəki sahilyanı ərazilər təbii fəlakətin təsirinə məruz qalmışdısa, sonradan qasırğa sahildən aralıda yerləşən rayonlara doğru irəliləyib. İyulun 31-də ən çox ölüm faktı Sambalpur və Kataka dairələrində qeydə alınıb – hər birində üç nəfər.
İldırım bu ölkədə şiddətli istilər və daşqınlardan sonra ən çox ölümə səbəb olan üçüncü kəskin təbiət hadisəsi sayılır. Belə ki, ötən il 700 nəfərə yaxın insan isti hava səbəbindən, 475–dək hindistanlı isə musson yağışlarının əmələ gətirdiyi daşqınlar nəticəsində həyatını itirib. Son məlumata görə, bu ilin iyulunda daşqınlar təkcə Qudcarat ştatında azı 216 nəfərin həyatına son qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]