DÜNYA


Hindistanda keçirilən Günəş allahı festivalında 21 nəfər həyatını itirib

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Hindistanın Bihar ştatında qeyd olunan Günəş allahı festivalı zamanı azı 21 nəfər həlak olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bədbəxt hadisələr noyabrın 7-də, ilahə Suryeyə həsr olunan Çxatx-pudja induist festivalında baş verib. Həmin gün inanclı insanlar su hövzəsinin sahilinə toplaşır və şəfəqi seyr edərək günəşə nəzir-niyaz gətirirlər.

Samastipur dairəsində dəmiryol xətti yaxınlığında sahilə yığışan insanlar sürət qatarının altında qalıb. Nəticədə 3 nəfər, o cümlədən 2 uşaq həyatını itirib. Digər yerlərdə isə 18 nəfər sübh ayinini yerinə yetirərkən suda boğulub.

Hindistanda dini bayramlar və festivallar əksər vaxtlarda çoxsaylı insan tələfatı ilə nəticələnir. Belə ki, sentyabr ayında müdriklik allahı Qaneşa həsr edilmiş festivalda ölkənin müxtəlif bölgələrində azı 28 nəfər həlak olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.