DÜNYA


Hindistanda körpünün uçması nəticəsində 40-a yaxın insan itkin düşüb VİDEO

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Hindistanın Maxaraştra ştatında körpünün uçması nəticəsində 14 insanın cəsədi xilasedicilər tərəfindən tapılıb, 40-a yaxın şəxs isə itkin düşüb.

Ölənlərin bəzilərinin cəsədləri Ərəbistan dənizində Maxaraştra sahillərinin 100 kilometrliyində tapılıb.

Sivitra çayı üzərindəki körpü hələ Britaniyanın Hindistandakı hakimiyyəti illərində tikilib. Körpünün uçmasına səbəb güclü leysan yağışları nəticəsində çayın səviyyəsinin qalxması olub. Hadisə zamanı körpüdə iki avtobus və dörd-beş avtomobil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.