DÜNYA


Hindistanda kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Hindistanın şimalındakı Cammu və Kəşmir ştatının Budqam dairəsində yerləşən Maqam kəndi yaxınlığında təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmada 4 nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ştat polisinin məlumatına görə, iyulun əvvəlindən başlayan igtişaşlar nəticəsində həyatını itirənlərin sayı artıq 64 nəfərə çatıb, 5 mindən çox insan isə yaralanıb.

Xatırladaq ki, iyulun 8-də “Hizb-ul-Mücahidin” hərəkatının 22 yaşlı fəalı Burhan Müzəffər Vaninin öldürülməsindən sonra yerli sakinlərlə təhlükəsizlik qüvvələri arasında demək olar ki, hər gün toqquşmalar baş verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.