DÜNYA
Hindistanda məktəb avtobusu yük maşını ilə toqquşub, 18 uşaq ölüb
Bakı, 19 yanvar, AZƏRTAC
Hindistanın Uttar-Pradeş ştatında məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 18 məktəbli həyatını itirib, 40 nəfər isə yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident Etax dairəsində baş verib. Avtobus uşaqları məktəbə aparan zaman kartof daşıyan yük maşını ilə toqquşub. Dairə administrasiyası soyuqlar səbəbindən 3 günlük tətil elan etmişdi və uşaqların oxuduğu məktəb yanvarın 19-da açılmışdı.
Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol- nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]