DÜNYA
Hindistanda nağd pulun dövriyyədən çıxarılması kimə sərfəlidir?
Bakı, 29 noyabr, AZƏRTAC
“Visa” və “Mastercard” Hindistanda bir neçə nominalda olan kağız pulların dövriyyədən çıxarılmasını nəzərdən keçirir.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, şirkətlər artıq Hindistan hökuməti ilə danışıqlar aparır.
“Credit Suisse Group AG” şirkətinin analitiki Moşe Оrenbuх bildirib ki, “Visa” və “Mastercard” Hindistanın maliyyə sisteminin bu yaxınlarda nağd pulun dövriyyədən çıxarılması ilə əlaqədar yaşadığı şoka necə qalib gəlməyi bilir. Xatırladaq ki, noyabrın 9-da Hindistan hökuməti 500 və 1000 rupi nominalında olan əsginasları dövriyyədən çıxarıb.
Ölkənin baş naziri Modi Narenda bəyan edib ki, 500 və 1000 rupi nominalında olan bütün əsginaslar ilin sonunadək banka təhvil verilməlidir.
Dövriyyədən çıxarılacaq əsginaslar Hindistanda bütün əsginaslarının təxminən 86 faizini təşkil edir. “Mckinsey & Co” konsaltinq şirkətinin araşdırması müəyyən edib ki, Hindistanda indiyə qədər bütün ödənişlərin 90 faizi nağd pulla həyata keçirilir.