DÜNYA


Hindistanda pirotexnika fabrikində partlayış nəticəsində azı 5 nəfər həlak olub

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Hindistanın Tamilnad ştatında pirotexnika fabrikində güclü partlayış baş verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış və bu səbəbdən baş verən yanğın nəticəsində ən azı 5 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların çoxunun vəziyyəti ağırdır.

Ümumilikdə isə insident vaxtı fabrikdə 30 nəfərə qədər insanın olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.