DÜNYA
Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 41 nəfərə yüksəlib
Bakı, 23 yanvar, AZƏRTAC
Hindistanın şərqində Caqdalpur şəhərindən Bhubaneşvara gedən qatarın Orissa və Andhra-Pradeş ştatlarının sərhədində relsdən çıxması nəticəsində həlak olanların sayı 41 nəfərə yüksəlib, 68 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Hindistan Milli Təhqiqatlar Agentliyinin əməkdaşları sabotaj versiyasını yoxlamaq üçün hadisə yerinə gəliblər.
Hazırda müstəntiqlər ötən ilin noyabr ayında Uttar-Pradeş ştatında baş verən və 149 nəfərin ölümü ilə nəticələnən oxşar qəzanın yeni materiallarını təhqiq edirlər. Bu məsələ ilə əlaqədar saxlanılan şübhəli şəxslərdən biri dəmir yoluna partlayıcı yerləşdirdiyini etiraf edib. Onun sözlərinə görə, təxribatın arxasında Pakistan kəşfiyyatı ilə əlaqəli olan nepallı kurator dayanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]