DÜNYA


Hindistanda qızıla tələbat 2020-ci ildə 950 tona çatacaq

Bakı, 10 iyul, AZƏRTAC 

Hindistanda qızılın satışı yerli hökumətin iyulun 1-dən tətbiq etdiyi mallar və xidmətlər üçün yeni unifikasiya edilmiş vergi rejimi çərçivəsində 3 faizlik vergiyə cəlb olunacaq.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, hökumətin bu planı yerli qızıl bazarını hərəkətə gətirib.

Proqnozlara əsasən, yeni vergi rejimi sayəsində 2020-ci ildə Hindistanda qızıla olan tələbat 850-950 tona çatacaq. Bu il isə tələbatın 650-750 ton arasında olacağı gözlənilir. Qızılın ölkəyə kənardan gətirilməsi Hindistanda bu qiymətli metala olan tələbi tamamilə qarşılayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.