DÜNYA


Hindistanda sərnişin qatarları günəş batareyaları ilə işləyəcək

Bakı, 27 iyul, AZƏRTAC 

Hindistanın “Indian Railways” şirkəti ilk dəfə olaraq damlarında günəş batareyaları olan sərnişin qatarlarının istehsalına başlayıb.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, “Diesel Electric Multiple Unit” adlanan yeni qatar günəş elementləri hesabına özünü təmin edərək 21000 litr yanacağa, eləcə də 20000 dollara qənaət etmiş olur. Şirkət daha 20 belə qatarın istehsalını planlaşdırır.

Maraqlıdır ki, bir qatarın modernləşdirilməsı və zəruri texniki təchizatı üçün 14000 dollar xərc tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.