DÜNYA


Hindistanda somalili 60 dəniz qulduruna ölüm hökmü oxuna bilər

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC 

Hindistanda dustaq olan 120-yə yaxın somalili dəniz quldurundan yarısına törətdikləri cinayətlərə, qətl hadisələrinə görə ölüm hökmü oxuna bilər. Bu barədə Somalinin SONNA agentliyi məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, 2011-2012-ci illərdə Hindistanın sahil mühafizə və hərbi-dəniz qüvvələri Ərəbistan dənizində 119 somalili dəniz quldurunu həbs ediblər. Onlar qətl hadisələri və digər qanunsuz əməllər törətməkdə günahlandırılır. Hindistan qanunlarına əsasən, bütün dəniz quldurlarını ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, məhkəmə prosesi 2012-ci ilin sonundan gedir. Xarici şahidlərin olmaması qərarın qəbul edilməsində bəzi çətinliklər törədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.