DÜNYA


Hindistanda təbii fəlakət azı 20 nəfərin həyatına son qoyub

Bakı, 5 iyul, AZƏRTAC

Hindistanın şimal-şərqində yağışlar mövsümü ilə əlaqədar başlayan daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 20 nəfər həlak olub.

AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, Assam ştatının fövqəladə vəziyyətlər departamentinin məlumatına əsasən, onların əksəriyyəti bataqlıqda və dağılan evlərin altında qalaraq həyatını itirib.

Son iki həftə ərzində davam edən leysan yağışları Brahmaputra çayının məcrasından çıxmasına səbəb olub. Nəticədə Assam ştatında 750 kəndin 400 min sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.