DÜNYA


Hindistanda yaraqlılar ordu konvoyuna hücum ediblər

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

Assam ştatında yaraqlıların Hindistan ordusunun konvoyuna hücumu nəticəsində azı 3 hərbçi öldürülüb, 4-ü isə yaralanıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident noyabrın 19-da Diqboi şəhərinin Tinsukiya dairəsində qeydə alınıb. Yaraqlılar əldəqayırma partlayıcı qurğunu ordu konvoyunun keçdiyi yolda işə saldıqdan sonra əsgərlərə atəş açıblar. Yaralanan hərbçilər xəstəxanaya çatdırılsa da, onlardan 3-nün həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata əsasən, hücumun arxasında 1970-ci ildə Assam ştatında yaranan və ştatın Hindistandan müstəqilliyini tələb edən “Assama Birləşmiş Azadlıq Cəbhəsi” dayanır.

Qeyd edək ki, Hindistanın şimal-şərqində yerləşən Assam ştatında çoxsaylı separatist qruplaşmalar fəaliyyət göstərir. Onlardan ən məşhurları bir neçə qruplaşmanı birləşdirən “Assama Birləşmiş Azadlıq Cəbhəsi” və “Bodolenda Milli Demokratik Cəbhəsi”dir. Yaraqlılar əsasən hökumət nümayəndələrinə, orduya və digər bölgələrdən olan insanlara hücum edərək Hindistanın mərkəzi hökumətinə qarşı mübarizə aparırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.