DÜNYA


Hindistanın "City Union" bankı "Lakşmi" adlı robotu işə götürüb

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Hindistanın "City Union" bankı "Lakşmi" adlı robotu işə götürüb.

AZƏRTAC "banks.eu" saytına istinadla xəbər verir ki, xüsusi hazırlıq keçən robot müştərilərin 125 müxtəlif mövzuda suallarını cavablandırmağı bacarır. Süni intellektli robot bankın filialında tətbiq olunub. Bir sıra fiziki jestlərə malik olan "Lakşmi" müştərilərin sorğularına ingilis dilində cavab verir.

Robot, həmçinin fərdi xidmətlərin göstərilməsi üçün back-end sisteminə qoşulacaq. Bank gələcəkdə daha 30 filialında bu cür robotları yerləşdirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.