DÜNYA


Hindistanın şərqində ildırım 14 nəfərin həyatına son qoyub

Bakı, 31 iyul, AZƏRTAC

Hindistanın Orissa şəhərində ildırım vurması nəticəsində azı 14 nəfər həlak olub, 6 nəfər xəsarət alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ştatın şimal-şərq sahilləri güclü qasırğanın təsiri altındadır. Ölüm halları ən çox Bhadrak dairəsində qeydə alınıb – burada 5 nəfər həlak olub. Qonşu Balasor və Kendrapara dairələrinin hər birində 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Həmçinin Banspal, Anqul və Sundarqarx dairələrində də həlak olanlar var.

Hindistanda hər il ildırım vurmasından yüzlərlə insan həyatını itirir. Ölüm halları ən çox musson öncəsi və musson mövsümündə (may-sentyabr aylarında) qeydə alınır. Hindistan meteorologiya departamentinin məlumatına görə, 2016-cı il ərzində ildırım vurması nəticəsində 415 nəfər həlak olub.

İldırım bu ölkədə şiddətli istilər və daşqınlardan sonra ən çox ölümə səbəb olan üçüncü kəskin təbiət hadisəsi sayılır. Belə ki, ötən il 700 nəfərə yaxın insan isti hava səbəbindən, 475–dək hindistanlı isə musson yağışlarının əmələ gətirdiyi daşqınlar nəticəsində həyatını itirib. Son məlumata görə, bu ilin iyulunda daşqınlar təkcə Qudcarat ştatında azı 216 nəfərin həyatına son qoyub. Ötən həftə ştatın kəndlərindən birində axtarış-xilasetmə əməliyyatları zamanı eyni ailənin 17 üzvünün cəsədi aşkarlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.