CƏMİYYƏT


Hipertoniyanın yeni müalicə metodu ürək çatışmazlığından əziyyət çəkənlərə kömək edəcək

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC 

Bristol Universitetində və “Afferent Pharmaceuticals” biotexnologiya şirkətində çalışan alimlər karotid sinusunda sinir siqnallarının qarşılıqlı təsirinin köməyilə hipertoniyanın yeni müalicə metodunu işləyib hazırlayıblar. Yuxu arteriyasının bu hissəsində baro və xemoreseptorlar yerləşir ki, onların qıcıqlandırılması nəticəsində damarlar genişlənir, arterial təzyiq aşağı düşür, ürək ritmi zəifləyir.

AZƏRTAC “rns.online” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc edilib.

Müalicə yüksək qan təzyiqi yaradan karotid sinusuna yönəlib. Siçovullar üzərində aparılan təcrübə zamanı mütəxəssislər “P2X3” reseptoruna – karotid sinusunda müəyyən sinirlərin həssaslığının artmasında vacib hesab edilən zülala MK-7624 (AF-219) preparatını yeridiblər. Nəticədə qan təzyiqi əhəmiyyətli dərəcədə enib.

Tədqiqatçıların fikrincə, bu metod digər xəstəliklərdən, məsələn ürək çatışmazlığından, yuxuda olarkən apnoe sindromundan (tənəffüsün müvəqqəti dayanması) əziyyət çəkənlərə də kömək edə bilər. Alimlər bildirirlər ki, 15 il ərzində hipertoniyanın müalicə metodunda ilk dəfədir ki, xəstəliyin mənbəyinə bu yolla yanaşılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.