CƏMİYYƏT
Hirkan Milli Parkının ərazisində baş vermiş yanğın tam lokallaşdırılıb
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 7-də saat 13 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində başlamış yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində tam lokallaşdırılıb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün onun söndürülməsində çətinliklər yaranıb. Naməlum səbəblərdən baş vermiş yanğın təxminən 1 hektara yaxın ərazini əhatə edib, nazirliyin əməkdaşlarının səyləri nəticəsində ağaclara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]