DÜNYA


Hiroşimada Yaponiya və Çin arasında işgüzar görüş keçiriləcək

A+ A

Tokio, 14 sentyabr, AZƏRTAC

Yaponiya və Çinin rəsmi nümayəndələri sentyabrın 15-də Hiroşimada dəniz məsələləri ilə bağlı işgüzar görüş keçirəcəklər.

İki ölkə arasında qarşılıqlı dialoqun inkişafına xidmət edən bu cür görüşlər 2012-ci ildən başlayaraq təşkil edilir.

Sentyabrın 14-də Yaponiyanın xarici işlər naziri Fumio Kişida jurnalistlərə bildirib ki, o, görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlərlə bağlı ətraflı müzakirələrin aparılacağına ümid edir.

Budəfəki görüşdə dənizdə və havada gözlənilməz qarşıdurma yarandığı zaman ekstern rabitənin yaradılması mexanizmlərinin müzakirə olunacağı gözlənilir.

Yapon tərəfi Şərqi Çin dənizindəki Senkaku adaları yaxınlığında Çinin artan fəallığı fonunda belə mexanizmlərin tezliklə yaradılacağına ümid bəsləyir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.