DÜNYA
Hiroşimada atom faciəsi qurbanlarının xatirə siyahısına yeni adlar əlavə edilir
Tokio, 9 iyun, AZƏRTAC
İyunun 9-da Yaponiyanın 1945-ci ilin avqustunda atom bombardmanına məruz qalmış Hiroşima şəhərindəki qurbanların xatirə siyahısına yeni adların əlavə edilməsinə başlanılıb.
Bu siyahıya atom bombardmanı zamanı həlak olanların və sağ qalaraq sonradan dünyasını dəyişənlərin adları əlavə edilir. Siyahıya yeni adları atom bombardmanı zamanı sağ qalan iki nəfər əlavə edir.
Həmin vəzifəni icra etməmişdən əvvəl şəhərin hakimiyyət orqanlarında vaxtilə çalışmış iki nəfər həlak olanların xatirəsini anıblar. Sonra kalliqarfik fırça vasitəsilə keçən il vəfat edənlərin adlarının, doğum və ölüm tarixlərinin siyahıya əlavə edilməsinə başlanılıb. Vəfat edənlər haqqında məlumatlar onların qohumları tərəfindən təqdim edilib.
Şəhər hakimiyyət orqanlarının nümayəndələri bildiriblər ki, cari ildə siyahıya ötən il vəfat etmiş 2745 nəfərin adı əlavə olunacaq. Beləliklə, faciə qurbanlarının ümumi sayı 303195 nəfərə çatacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]