DÜNYA
“Hitachi” şirkəti alkoqol detektorlu smartfon hazırlayıb
Tokio, 13 iyun, AZƏRTAC
Yaponiyanın məşhur “Hitachi” şirkəti insan nəfəsində alkoqol iyini təyin edə bilən smartfon hazırlayıb. Bunun üçün smartfon müvafiq detektor əlavəsinə malikdir.
Yeni qurğu içkili vəziyyətdə nəqliyyatın idarə olunmasının qarşısını almağa yardım edəcək.
Sürücü sükan arxasına oturmazdan əvvəl bu qurğuya üfürməlidir. Əgər sürücü alkoqol qəbul edibsə smartfon onun nəfəsindən bunu təyin edəcək.
“Hitachi” yeni qurğunun yük və sərnişin daşıyan şirkətlər tərəfindən istifadə olunacağına ümid edir.
Hazırda şirkət öz əməkdaşlarının köməyi ilə qurğunu sınaqdan keçirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [13:24]
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
- 29.03.2024 [13:17]
Yunanıstanda 6 bal gücündə zəlzələ olub
- 29.03.2024 [13:08]
Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər
- 29.03.2024 [13:02]
Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir
- 29.03.2024 [12:52]
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
- 29.03.2024 [12:06]