DÜNYA
“Hitachi” şirkəti linzasız kamera texnologiyası hazırlayıb
Tokio, 16 noyabr, AZƏRTAC
Yaponiyanın elektron məhsullar istehsalı sahəsində tananmış “Hitachi” şirkəti çəkilişləri linzasız aparmağa qadir olan kameranın hazırlanması texnologiyasını təqdim edib. Şirkətin məlumatına görə, yeni texnologiya çox nazik korpusa malik daha ucuz kameraların hazırlnmasına imkan yaradacaq. Həmin kameralar avtomat idarə sisteminə malik avtomobillər və robotlar daxil olmaqla müxtəlif istiqamətlərdə istifadə ediləcək.
Şirkətin tədqiqatçılarının bildirdiyinə görə, bu kameralarda linza əvəzinə sensordan daxil olan görüntünü çəkməyə qadir xüsusi qeydiyyat lenti yerləşdiriləcək. Bu texnologiyanın tətbiqi smartfonların qalınlığını 0,5 millimetrədək azaltmağa imkan verəcək ki, bu da hazırda istifadə edilənlərdən 10 dəfə nazikdir.
Şirkət yeni texnologiyanı 2018-ci ildən başlayaraq tətbiq etməyi planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio