DÜNYA


Hitler haqqında film gələn il Oskar mükafatına namizəd ola bilər

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

Adolf Hitler haqqında çəkilmiş “Görün kim gəlib?” komediyası gələn il keçiriləcək Oskar mükafatına namizəd ola bilər.

2012-ci ilin bestselleri olmuş Timur Vermeşin əsəri əsasında çəkilmiş film Almaniyanı təmsil edəcək 8 ekran əsərindən ibarət namizədlər siyahısına salınıb. The Jewish Chronicle Online (thejc.com) nəşrinin verdiyi məlumata görə, bu il Almaniya tərəfdən Oskara namizəd olan filmlərin düz yarısı nasistlər haqqındadır. “Ən yaxşı xarici film” nominasiyasında iştirak edən Almaniya istehsalı olan filmlər sırasında nasist canilərinin axtarışından bəhs edən “Xalq Frits Bauerə qarşı” trilleri və “Anna Frankın gündəliyi” filmləri də var.

Komediya müasir zamanda Almaniyaya geri qayıdan, lakin yaddaşını itirdiyi üçün yeni həyat tərzinə uyğunlaşaraq öz teleşousunun qəhrəmanına çevrilmiş Hitler haqqındadır. Kinoteatrlarda göstərilməyə başlayan gündən 21 milyon avro qazanan ekran əsəri bu göstərici ilə yerli filmlərin siyahısında ikinci yerə yüksəlib.

Qeyd edək ki, film artıq 41 dilə tərcümə olunub.

Müşahidəçilərin fikrincə, əsərin özü və onun əsasında çəkilmiş bu film son zamanlar Almaniyada geniş vüsət almış “Hitler modası” bir təcəssümüdür. Hitlerin obrazını yaratmış aktyor Oliver Masuççi Almaniya boyu səyahətindən sonra orta təbəqənin daha çox sağçılara meyilli olduğunu bildirib. Qərbin islamlaşmasına qarşı olan Pegida hərəkatının isə ümumiyyətlə çox populyar olduğunu vurğulayıb. Aktyorun dediyinə görə, Hitlerin obrazında şəhərləri gəzərkən insanlar ona nifrət etmək və ya aşağılamaq əvəzinə, böyük məmnuniyyətlə ünsiyyət qurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.