DÜNYA


Hökumət qurumlarında istifadə üçün ən təhlükəsiz planşet yaradılıb

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

“BlackBerry” və “Samsung” şirkətləri Almaniya hökuməti üçün ən təhlükəsiz planşet yaradıblar.

AZƏRTAC “4PDA” saytına istinadən xəbər verir ki, "SecuTablet” adlanan layihə Almaniya Federal İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən rəsmi istifadəyə yararlı qurğu kimi təsdiq edilib. Planşet şifrlənmiş yazışmalar üçün "BlackBerry Hub” funksiyasından və qurğunun yaddaşında bütün informasiyanı mühafizə edən “SecuSmart” kart şifrələnməsindən istifadə edir. “BlackBerry” şirkəti “SecuSmart” ilə birlikdə, həmçinin sertifikat idarəetmə sistemi və "VPN” servisini tətbiq edib.

“SecuTablet” planşetində istifadə edilən daha bir mühafizə sistemi "Samsung Knox” sistemidir. Cənubi Koreya şirkətinin nümayəndələrinin sözlərinə görə, platforma “Android” əməliyyat sisteminin təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Qeyd edək ki, “SecuTablet” planşetinin qiyməti 2 380 dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.