İQTİSADİYYAT


“Holcim Azərbaycan”dan yeni payız kampaniyası

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Sentyabrın 1-dən “Holcim Azərbaycan” şirkəti “Payız mövsümünün ilk fürsəti” kampaniyasına başlayır.

Bu barədə AZƏRTAC-a şirkətin mətbuat xidmətindən bildirilib.

Bakı və regionları əhatə edəcək bu kampaniya “Holcim Loyallıq Proqramı” çərçivəsində həyata keçirilir. Kampaniya müddətində hər bir “Holcim” məhsulunun alıcısı “Holcim sement” kisələrinin üzərində olan *1010, barkod və istehsalçı adı olan hissəni kəsib toplaya bilər. Sement kisələrindən toplanılmış hər 25 hissə üzrə 1 ədəd “Holcim sement” kisəsi hədiyyə olunacaq.

Bu günədək şirkətin satış və marketinq strategiyasına uyğun olaraq bir neçə kampaniya keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.