İDMAN
Hollandiya millisi futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlmişdir VİDEO
Bakı, 29 iyun (AZƏRTAC). Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 29-da Fortaleza şəhərindəki “Kastelao” stadionunda mundialın pley-off mərhələsi çərçivəsində Hollandiya və Meksika milli komandaları qarşılaşmışlar.
Portuqaliyalı baş hakim Pedro Proencanın idarə etdiyi oyunun 48-ci dəqiqəsində Meksika millisinin futbolçusu Giovani Dos Santos hesabı açmışdır. Matçın 89-cu dəqiqəsində hollandiyalı futbolçu Vesley Sneiyder hesabı bərabərləşdirmişdir – 1:1.
Meksika millisinin futbolçu Rafael Markezin kobud oyunu on bir metrlik cərimə zərbəsi ilə nəticələnmişdir. Penalti zərbəsini dəqiq yerinə yetirən Hollandiya yığmasının üzvü Klass-jan Huntelaar komandasının qələbəsini rəsmiləşdirmişdir – 2:1. Bu qələbə ilə Hollandiya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlmişdir. Komandanın növbəti mərhələdəki rəqibi Kosta-Rika – Yunanıstan cütünün qalibi olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]
Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram
- 23.04.2024 [11:01]