İDMAN


Hollandiyalı baş məşqçi “Fənərbağça”da

A+ A

Bakı, 15 avqust, AZƏRTAC 

Türkiyənin “Fənərbağça” futbol klubunda baş məşqçi dəyişikliyi gerçəkləşib.

AZƏRTAC xəbər verir ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Monako”ya uduzan İstanbul təmsilçisi portuqaliyalı Vitor Pereyra ilə yollarını ayırıb. Artıq onu bu vəzifədə hollandiyalı Dik Advokat əvəzləyəcək.

Təcrübəli çalışdırıcı yerli mətbuata təklifin cəlbedici olduğunu açıqlayıb. Hollandiya yığmasından əvvəl son iş yeri “Sanderlend” olan çalışdırıcı üç ay öncə istefa verərkən bir daha heç bir klubda çalışmayacağını söyləsə də, fikrindən bu təklifə görə daşınıb: “Fənərbağça”nın təklifi çox xoşuma gəldi. Bu təklifi sevinclə qəbul etdim. Belə böyük klubda çalışmaq xoşdur. Məsələ tam rəsmiləşəndən sonra daha ətraflı şərh verəcəyəm”.

Qeyd edək ki, 68 yaşlı Advokat İstanbul klubu ilə birillik müqavilə imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.