MƏDƏNİYYƏT


Hollandiyanın Debora Karter kvinteti Bakıda konsert verəcək

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Hollandiyanın Debora Karter kvinteti Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 24-nə planlaşdırılan konsert Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bakı Beynəlxalq Caz Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə qrup öz repertuarından populyar caz musiqisi səsləndirməklə yanaşı, dünya caz musiqisinə də müraciət edəcək.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.