DÜNYA


Hollivud rejissoru yeni qorxulu film çəkir

Bakı, 10 iyul, AZƏRTAC

“Hellouin” dəhşət filminin müəllifi Con Karpenterin şirkəti “Syfy” telekanalı üçün yeni qorxulu filmin çəkiləcəyini bildirib.

AZƏRTAC “news18.com” saytına istinadla xəbər verir ki, “Hellouin gecəsi nağılları” adlı serialın əsasını C.Karpenterin bir araya gətirdiyi gənc və məşhur müəlliflərin əsərləri təşkil edir. Şirkətdə ssenarist axtarışlarının uzanması filmin çəkilişlərinə başlama vaxtını qeyri-müəyyən edir.

Qeyd edək ki, C.Karpenter hazırda daha bir layihə üzərində çalışır. “Qaranlıq tərəf” adlı serial xəfiyyə Con Teylor haqqında əsərlərin səhnələşdirilməsidir. Baş qəhrəmanın macəraları Londonun yeraltı aləmində baş verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.