DÜNYA


“HoloLens” platforması bort bələdçilərə sərnişinlərin emosiyalarını müəyyənləşdirməkdə kömək edəcək

Bakı, 30 may, AZƏRTAC

“Microsoft” ötən ildən etibarən istehsalçılar üçün artırılmış reallıq qarniturunun tədarükünə başlayıb. “Air New Zealand” aviaşirkəti bu qarnitur sayəsində "gələcəyin bort bələdçiləri" üçün eynək yaradıblar. Təyyarənin ekipajı hazırda kompüter oyunlarında əlçatan olan imkanlara yiyələniblər.

AZƏRTAC “techcult.ru” saytına istinadən bildirir ki, “HoloLens” platformasının köməyi ilə işləyən “stüardessa eynəyinin” standart funksiyası aşağıdakılardır: istənilən vaxt sərnişinin sifətinə baxmaqla onun haqda ətraflı informasiya (ad, yaş, səfərin məqsədi, vərdişlər, sərnişin tərəfindən edilmiş içki sifarişindən keçən vaxt) əldə etmək mümkündür. Bundan başqa, fobiyalar haqda məlumatlar, tibbi əks göstərişlər, təhlükəsizlik xidmətindən əldə edilmiş məlumatlar əlçatan olacaq. Bütün bu informasiya indi də əlçatandır, amma personalın işi dəfələrlə asanlaşacaq.

Əhəmiyyətinə görə ikinci vacib opsiya sərnişinin emosional vəziyyətinin təhlilidir. Sistem onun mimikasını, nəbz, nəfəs, səs tembrini araşdırır və onun emosional vəziyyətini qiymətləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.