İDMAN


“Honda” Azərbaycan Qran-Prisinə yenilənmiş motor gətirməyi vəd edir

Bakı, 20 iyun, AZƏRTAC 

“Honda” şirkətinin avtonəqliyyat bölməsinin rəhbəri Yusuke Haseqava “Maklaren”ə Azərbaycan Qran-Prisində güc qurğusunda bəzi yeniliklər olacağını vəd edib.

O deyib: “Bakıda daxili yanma mühərrikində (DYM) bəzi yeniliklər olacaq. Bunu mühərrikin üçüncü spesifikasiyası adlandırıb-adlandırmayacağımızı bilmirəm. Amma biz mütləq müəyyən yeniliklər edəcəyik. Hətta müvəqqəti olsa da.

Ancaq əgər siz DYM-ni yaxşılaşdırırsınızsa, onda işlənmiş qazların temperaturu azalır və bu da turbindən və “MGU-H”dan əldə olunan enerjinin azalmasına gətirib çıxarır. Vəziyyət düşündüyünüzdən daha mürəkkəbdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.