DÜNYA


“Honda” şirkəti kiberhücuma görə zavodlarından birində işi dayandırıb

Tokio, 21 iyun, AZƏRTAC 

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Honda Motor” şirkəti kiberhücuma görə Saytama prefekturasındakı zavodunda işi dayandırıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, istehsal xətlərinə nəzarət edən kompüterlər sistemi iyunun 18-də virusa yoluxub. Virusun yaradıcıları sistemi bərpa etmək üçün şirkətdən pul tələb ediblər. Şirkətin mühəndislərinin cidd-cəhdi ilə zavod işini iyunun 20-də bərpa edə bilib.

Hücum üçün istifadə edilən virusun mayda qlobal kiberhücumun həyat keçirildiyi “WannaCry”ə oxşadığı bildirilir. Həmin vaxt virus Yaponiyada təqribən iki min kompüteri, o cümlədən elektronika istehsalı sahəsində tanınmış “Hitachi” şirkətinin sistemlərini sıradan çıxarmışdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.