DÜNYA


Honkonqda 30 kvadratmetrlik superkompakt ev layihələndirilib

A+ A

Bakı, 22 avqust, AZƏRTAC 

Yaşayış sahəsi baha olan Honkonqda “LAAB architects” memarlıq şirkəti tərəfindən 30 kvadratmetr sahədə mətbəx, idman zalı və ev kinoteatrından ibarət superkompakt ev layihələndirilib.

AZƏRTAC “Arxinovosti” saytına istinadla bildirir ki, evdə həmçinin vanna otağı ilə yanaşı, əşyaların saxlanılması üçün böyük tutumlu şkaf da yerləşdirilib.

Maraqlıdır ki, evdəki vəziyyət vaxtdan asılı olaraq dəyişir. Əsas prinsiplərdən biri də odur ki, artıq əşyalar dərhal götürülməlidir. Məsələn, kimsə vanna otağında olanda, digəri televizora baxır. Televizor və nahar stolunu gizlətmək də mümkündür.

Mənzildə “ağıllı ev” sistemi quraşdırılıb. Qəribə mənzildə hətta 3 pişik üçün də yer tapılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.